Britaniyada kütləvi peyvənd kampaniyası başladı

Britaniyada kütləvi peyvənd kampaniyası başladı
  04 Yanvar 2021    Oxunub:1541
Böyük Britaniyada "AstraZeneca" əczaçılıq şirkəti və Oksford Universitetinin birgə hazırladığı koronavirus vaksini ilə peyvəndləmə prosesi başlayıb.
Azvision.az “Sky News”a istinadla xəbər verir ki, ölkədə kliniki sınaqlar çərçivəsindən kənarda koronavirus peyvəndi alan ilk şəxs 82 yaşlı Brayan Pinker olub.

Oxford Universiteti və “AstraZeneca” şirkətinin hazırladığı peyvəndin istifadəsi ötən həftə Britaniya hökuməti tərəfindən təsdiqlənib. Bu preparatla kütləvi peyvənd kampaniyası 4 yanvar tarixindən başlayıb.

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hazırda ölkədə 530 min doza "AstraZeneca" vaksini mövcuddur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  





Xəbər lenti