Polşada müsəlmanlara qarşı terror planı

 Polşada müsəlmanlara qarşı terror planı
  04 Yanvar 2021    Oxunub:1453
Polşanın Daxili Təhlükəsizlik Agentliyi müsəlman dini obyektinə terror hücumunun hazırlanması ilə bağlı cinayət işi açıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Stanislav Jarın bildirib.

Onun sözlərinə görə, terror hazırlığında şübhəli bilinən bir neçə nəfər tutulub.

"Prokurorluq məhkəməyə istintaqın yekunu ilə bağlı ittiham aktı göndərib. Agentliyin gəldiyi qənaətə görə, hücum İslam cəmiyyətinin konkret dini ibadət obyektlərinə qarşı təşkil edilməli idi. Kəşfiyyat xidmətinə görə şübhəlilər "Polşanın islamlaşmasına qarşı" olublar", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa   Terror   Müsəlman  



Xəbər lenti