İranda koronavirusdan daha 110 nəfər öldü

İranda koronavirusdan daha 110 nəfər öldü
  04 Yanvar 2021    Oxunub:1208
İranda son sutka ərzində 6073 nəfər koronavirusa yoluxub, 110 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, İranda virusa yoluxanların ümumi sayı 1 249 507, ölənlərin sayı isə 55 650 nəfərə çatıb.

Ölkədə indiyədək 1 020 737 xəstə koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   İran  





Xəbər lenti