Düşmənin gizlətdiyi itkilər: Hər 10 ermənidən azı biri öldürülüb

 Düşmənin gizlətdiyi itkilər:  Hər 10 ermənidən azı biri öldürülüb
  04 Yanvar 2021    Oxunub:10630
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan İrəvan hakimiyyətini Qarabağ müharibəsindəki itkiləri gizlətməkdə ittiham edib.

Azvision.az xəbər verir ki, keçmiş diplomat “Nikolizm”in ideologiya olaraq hər zaman vətənpərvərliyə qarşı çıxdığını söyləyib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfdən İkinci Qarabağ müharibəsi zamanı 50 minə yaxın hərbçi, ehtiyatda olan və könüllü döyüşçü iştirak edib. Səlahiyyətli şəxslər tərəfindən qəti şəkildə gizlədilən qurbanların sayı 5 minə yaxındır:

“Bu rəqəmləri düşünün. Müharibənin hər 10-cu iştirakçısı öldürüldü. Qurbanlar, yaralılar, itkin düşənlər və məhkumlar haqqında məlumatları gizlətmək Nikol üçün son dərəcə vacibdir. Bu rəqəmlər onun təqsirinin universal bir ölçüsü idi. Nikolun “fan-klubu”nu unutmayaq, bu insanlar da günahkardırlar".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Müharibə  





Xəbər lenti