London məhkəməsi Assanjı ABŞ-a verməkdən imtina etdi

London məhkəməsi Assanjı ABŞ-a verməkdən imtina etdi
  04 Yanvar 2021    Oxunub:1866
London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser WikiLeaksin qurucusu Culian Assanjı ABŞ-a təhvil verməkdən imtina edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin psixi sağlamlığı səbəbindən tələbi rədd edib.

2010-cu ildə İsveçdə cinsi təcavüzdə günahlandırılan Assanj ekstradisiyadan qorxaraq 2012-ci ilin iyunundan bəri Londondakı Ekvador səfirliyində gizlənib.

2019-cu ilin aprelində Amerika tərəfinin sorğusu ilə onu tutublar. Ekstradisiya dinləmələri may ayında başlayıb. Çox keçmədən ABŞ hakimiyyəti Assanja qarşı casusluq, gizli məlumatların açıqlanması və s. üzrə 17 maddəlik ittiham irəli sürüb.

O, ABŞ-a ekstradisiya olunacağı təqdirdə, 175 ilə qədər həbs cəzası ala bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CulianAssanj  



Xəbər lenti