Naxçıvanın işğal olunmuş yeganə kəndi Azərbaycana qaytarılır

 Naxçıvanın işğal olunmuş yeganə kəndi Azərbaycana qaytarılır
  04 Yanvar 2021    Oxunub:27964
Şurnuxdan (Zəngəzur bölgəsi - red) sonra Kərki kəndi də Azərbaycana təhvil veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan "Facebook" hesabında bildirib.

O, baş nazir Nikol Paşinyanı xain adlandıraraq, bütün xalqı aldatdığını, hərbi-siyasi elitanın, ziyalıların baş verənlərə laqeyd qaldığını deyib.

Xatırladaq ki, Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxildir. Kənd 1990-cı ildə işğal edilib. Kərki Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kərki   Naxçıvan  



Xəbər lenti