Təyyarə faciəsinə görə hər ailəyə 150 min dollar veriləcək
Qərara əsasən, kompensasiya həlak olanların milliyyəti və vətəndaşlığı nəzərə alınmadan bütün ailələrə ödəniləcək.
Xatırladaq ki, Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi ötən il yanvarın 8-də səhər saatlarında Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər ölüb. Onların arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub.
İran hərbçiləri yanvarın 11-də Ukrayna təyyarəsini səhvən vurduqlarını etiraf ediblər. İran tərəfi ABŞ-dan hücum gözlədiklərini, bununla əlaqədar olaraq ölkənin hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirildiyini qeyd edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


