Avstriyada koronavirusun iki yeni ştammı aşkarlandı

Avstriyada koronavirusun iki yeni ştammı aşkarlandı
  05 Yanvar 2021    Oxunub:1706
Avstriyada koronavirus infeksiyasının təhlükəli növlərinə rast gəlinib.
Azvision.az xəbər verir ki, Vyananın hava limanında dörd pasiyentdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni forması müəyyən edilib.

Test nümunələrinin təkrar yoxlanışı zamanı digər bir pasiyentdə COVID-19-un Cənubi Afrika Respublikasında yayılan ştammı aşkar olunub.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Böyük Britaniyada yayılıb. Daha sonra Almaniya, İsveçrə, Nigeriya, Kanada, İtaliya və digər ölkələrdə koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxmalar qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Ştamm  



Xəbər lenti