Koronavirusa yoluxanların sayı 86 milyonu keçdi
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son sutka ərzində dünyada 583 907 nəfər koronavirusa yoluxub, 7957 nəfər isə vəfat edib.
Yoluxmaların 57 faizdən çoxu Şimali və Cənubi Amerikanın (337 231) payına düşür. Digər yerləri isə Avropa (173 812), Cənub-Şərqi Asiya (26 868) bölüşür.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


