Bayden: “Tramp öz işini görmür”

  Bayden:  “Tramp öz işini görmür”
  05 Yanvar 2021    Oxunub:1988
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampın öz işini görmədiyini hesab edir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bayden Corciyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Onun bu iş nəyinə lazımdır bilmirəm, işləmək istəmir", - deyə Bayden bildirib.

Bayden, həmçinin Trampın koronavirusla mübarizə aparmaq əvəzinə seçki nəticələrindən şikayət etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən ilin noyabrın 3-də keçirilib. Bayden 306, Tramp 232 səs alıb. 6 yanvarda nəticələr Konqres tərəfindən təsdiqlənməlidir. Amerika liderinin andiçmə mərasimi 20 yanvar tarixinə planlaşdırılıb. Pandemiya səbəbi ilə mərasimdə dəyişikliklər edilib, parad onlayn keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBayden  



Xəbər lenti