Tramp qələbə qazanacağına söz verdi

Tramp qələbə qazanacağına söz verdi
  05 Yanvar 2021    Oxunub:944
ABŞ-ın hazırkı prezidenti Donald Tramp rəsmi məlumatlara görə, seçkilər zamanı məğlub olduğu səkkiz ştatda qələbəsini sübut etmək niyyətini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Corciyada tərəfdarları qarşısında çıxış edərkən bildirib.

ABŞ prezidenti 8 ştatdan şikayətlənib və onların hamısında qələbə qazanacağını deyib.

“Onlar (demokratlar) Corciyadan şikayətləndiyimi deyirlər. Yox, yox... Səkkiz ştatdan şikayətlənirəm və hamısını qazanacağımı düşünürəm", - deyə Tramp əlavə edib.

Bundan əlavə, Tramp tərəfdarlarına vəziyyətin tezliklə dəyişəcəyinə söz verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti