Rusiyada koronavirusdan ölənlərin sayı 59 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 59 mini ötüb
  05 Yanvar 2021    Oxunub:1153
Rusiyada son sutka ərzində koronavirusa 24 246 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 284 384 nəfərə çatıb.

Rusiyada bir gündə 518 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 59 506 nəfərdir. İndiyədək 2 662 668 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  



Xəbər lenti