Fransa səfirliyindən Azərbaycan xalqına təbrik
“Bu il SSRİ-nin süqutundan üç həftə sonra, 31 dekabr 1991-ci ildə Fransa tərəfindən Azərbaycanın müstəqilliyinin rəsmi tanımasının 30 illiyini qeyd edəcəyik. Fransa Türkiyədən sonra Azərbaycanla diplomatik əlaqələr quran ikinci ölkə olub və beləliklə, ilk Azərbaycan parlament respublikasından qalma bir ənənəni bərpa edib.
Fransa səfirliyinin heyəti layihələrinizdə sizə dəstək olaraq bu mühüm ildönümü sizinlə qeyd edə bilməyindən məmnundur.
Tədqiqatçı, sahibkar, müəllim, tələbə, sənətkar, turist, fermer, aşpaz, kompüter mütəxəssisi, dövlət qulluqçusu, start-up yaradıcısı, dizayner, kinorejissor, həkim, qadın hüquqlarının müdafiəçisi, iqlim dəyişikliyinə qarşı mübarizə fəalı və ya təqaüdçü olmasından asılı olmayaraq, şəxsi və ya peşəkar olaraq, Fransanın Azərbaycandakı səfirliyi ölkəmiz ilə əlaqəli layihələrinizi həyata keçirməkdə sizə kömək edəcəkdir.
Sizə can sağlığı və firavanlıq diləyirik və yeni əməkdaşlıq üçün tezliklə görüşənədək”, - təbrikdə vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


