“Can qardaşlarımızın daim yanındayıq” - Hulusi Akar

“Can qardaşlarımızın daim yanındayıq” -  Hulusi Akar
  05 Yanvar 2021    Oxunub:2906
Şanlı Ordumuz yeddi iqlimə, üç qitəyə sülh, sabitlik, ədalət gətirən atalarımızdan aldıqları ruhla dostlarımızın, qardaşlarımızın, məzlum və zərər çəkmiş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparmaqdadır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Sarıkamış şəhidlərini Anma Günü mesajında deyilir.

O bildirib ki, Türkiyə Ordusu BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox coğrafiyada sülhə töhfə vermək üçün səylə xidmət etməkdədir.

"Sarıkamış şəhidlərini andığımız gündə “bir millət, iki dövlət" ifadəsinin bir nümunəsi olaraq Azərbaycan xalqının Nargin adasında mehmetçiklərimizə göstərdiyi köməyi minnətdarlıq və şükranla xatırlayırıq.

Can qardaşlarımızın haqlı işində, bütün imkanlarımızla sonuna qədər onların yanındayıq, sevincdə də, kədərdə də bir və bərabərik.

Bu hiss və düşüncələrlə qazi Mustafa Kamal Atatürk və silah yoldaşlarını, Sarıkamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, dünyasını dəyişən qəhrəman qazilərimizi anır, dəyərli ailələrinə hörmət və minnətdarlığımı bildirirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarıkamış  



Xəbər lenti