Sarkisyan Milad tətilini Elton Conla birlikdə keçirir
“Prezident erməni mənşəli ingilis iş adamı Vaçe Manukyanın şəxsi təyyarəsində yola düşdü. O, Milad tətilini məşhur Livanın turizm qəsəbəsi olan Fakrada yerləşən Manukyanın villasında keçirmək niyyətindədir.
Tanınmış müğənni Elton Con da tətilini onlarla birlikdə keçirəcək. Ermənistan prezidentinin Livana səfəri və burada Milad tətili keçirməsi barədə məlumat şəxsi sayılır və ictimaiyyətdən gizli saxlanılır”, - deyə erməni mətbuatı yazıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Livan







Vaxtında, Aydın, Lazımlı!


