Yunanıstanda işsizlik rekord həddə çatıb
Ölkə əhalisinin 28%-i, 15-25 yaşlı gənclər arasında isə 61%-ə çatıb. Bundan öncəki rekord 2013-cü ilin avqustunda qeydə alınan 27,6% idi.
2012-ci ilin mayında ölkədə 23,8%, iqtisadi böhranın başlandığı 2007-ci ildə isə 12% təşkil edirdi.
Hazırki işsizlik göstəricisi ilə Yunanıstan Avropa Birliyində ən pis göstəricilərə malikdir.
Bununla belə, yunan hökuməti iqtisadiyyatdakı göstəricilərin tədricən yaxşılaşmasını gözləyir. 2014-cü ildə ölkədə iqtisadi artımın 0,6% təşkil edəcəyi gözlənilir.
2009-cu ilin sonlarından başlayaraq Yunanıstanda işsizlər ordusu 3 dəfə artıb. Sərt iqtisadi tədbirlər bir çox müəssisələrin bağlanmasına və iflasına səbəb olub.
Vüqar İsmayılov
Teqlər: