Toy faciəyə döndü, 20 nəfər öldü

Toy faciəyə döndü, 20 nəfər öldü
  05 Yanvar 2021    Oxunub:1711
Malinin mərkəzi hissəsində naməlum təyyarənin havadan hücumu zamanı azı 20 mülki şəxs ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “A Bamaco” nəşri yazıb.

Hadisə Duensa şəhəri yaxınlığında yerləşən Bunti qəsəbəsində baş verib. Toy mərasimində iştirak edənlərin bombalandığı bildirilir. Hadisə zamanı 20 nəfər isə xəsarət alıb.

Nəşr bunu hərbi pilotların səhvindən ola biləcəyini ehtimal edir. Belə ki, “Barxan” əməliyyatı keçirən fransız hərbçiləri və BMT-nin sülhməramlı missiyası ölkəyə yerləşdirilib.

“EFE” agentliyi isə yerli mer Adama Qriaba istinadən yazıb ki, faciə qurbanlarının sayı yüz nəfərdir.

Rəsmi orqanlar hələlik bununla bağlı açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali   Toy   Faciə  



Xəbər lenti