Putin və Merkel birgə peyvənd istehsalını müzakirə etdi

Putin və Merkel birgə peyvənd istehsalını müzakirə etdi
  05 Yanvar 2021    Oxunub:1863
Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı koronavirusa qarşı birgə peyvənd istehsalının mümkünlüyü, virusla mübarizə tədbirləri müzakirə edilib. Bu mövzuda iki ölkənin səhiyyə nazirlikləri və digər ixtisaslaşmış strukturlar arasında təmasların davam etdirilməsi barədə razılığa gəlinib.

Putin və Merkel Milad və Yeni il bayramı münasibətilə bir-birilərini təbrik ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Merkel  



Xəbər lenti