Sarkisyanda koronavirusun yeni ştammı aşkarlanıb

 Sarkisyanda koronavirusun yeni ştammı aşkarlanıb
  05 Yanvar 2021    Oxunub:3829
Ermənistan prezidenti Armen Sarkisyan koronavirusun yeni ştammına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd ediıib ki, Sarkisyan yanvarın 3-də Böyük Britaniyanın paytaxtı Londonda ayağından əməliyyat olunub. Daha sonra onda koronavirusun yeni ştammı aşkarlanıb.

Sarkisyan yeni ili ailəsi və nəvələri ilə birgə Londonda qarşılayıb. Onun özünü təcrid etdiyi və məsafədən işlədiyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Sarkisyan  



Xəbər lenti