“Dəhşətli mənzərədir, cəsədləri ayırd etmək mümkün deyil” - İrəvanda etirazlar
“Qardaşım oğlu itkin düşdü. Onlar əkiz qardaşdılar. Biri oktyabrın 14-də İrəvan xəstəxanasına yaralı olaraq yerləşdirildi, digəri isə təxminən 10-12 gün sonra ölənlər siyahısına düşdü. Amma cəsədi tapa bilmirik”, - deyə itkin düşən əsgərin əmisi bildirib.
O, bütün morqlara bir neçə dəfə baş çəkdiyini xatırladıb, lakin hələ də nəticə yoxdur:
“4 noyabrda qardaşı DNT analizi verdi. Çünki onlar ikitərəfli yetimdirlər deyə, nümunə qardaşından götürüldü. 2 ay keçməsinə baxmayaraq, analizlərdən cavab yoxdur. Dünən Heratsi meyitxanasında idim. Dəhşətli mənzərə var idi - torbalarda sümüklər yığılıb, onları ayırd etmək mümkün deyildi.
Bu vəziyyətdə 25 yanvar tarixinə qədər gözləməyimizin lazım olduğunu söylədilər. Çünki yeni cəsədlər 25-26 dekabr tarixlərində gəldiyindən DNT testinin cavabı 25-26 yanvarda çıxa bilər. Bu DNT test cihazıdır? Əgər belədirsə, niyə 9 noyabrdan sonra bənzər bir cihaz almırsınız? Ümumiyyətlə, biz dövlətik, ya yox? Bir DNT testinin cavabını necə iki ay gözləyə bilərik?".
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


