Türkiyədə koronavirusdan daha 194 nəfər öldü

Türkiyədə koronavirusdan daha 194 nəfər öldü
  06 Yanvar 2021    Oxunub:1507
Türkiyədə son sutka ərzində 194 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 14 494 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 21 879, virusa yoluxanlar isə 2 270 101 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 155 338 pasiyent (son sutkada 8908 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti