ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
  06 Yanvar 2021    Oxunub:1469
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Azvision.az xəbər verir ki, sanksiya siyahısına bir nəfər fiziki şəxs və polad istehsalı ilə məşğul bir neçə şirkətin adı daxil edilib.

Ümumilikdə siyahıda İranın 12 polad istehsalçısı müəssisəsinin, eləcə də ölkənin metal və mədən şirkətlərinin ixracat işlərində vasitəçi olan “GMI Projects Hamburg GmbH” (Almaniya), “World Mining Industry Co., Ltd” (Çin), “GMI Projects Ltd” (Böyük Britaniya) şirkətlərinin, habelə İranın polad sənayesini qrafit elektrodları ilə təchiz edən Çinin “Kaifeng Pingmei New Carbon Materials Technology Co. Ltd” (KFCC) şirkətinin adları yer alıb.

Azvision.az



Teqlər: ABŞ   İran   Sanksiya  



Xəbər lenti