“Bunlar böhtan və şərdir” - Ərdoğanın oğlu

“Bunlar böhtan və şərdir” - Ərdoğanın oğlu
  14 Fevral 2014    Oxunub:1164
2013-cü il dekabrın 17-də İstanbuldakı rüşvət əməliyyatında adı hallanan baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbul prokurorluğuna qarşı iddia qaldırıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bilal Ərdoğan iddiasında bildirir ki, rüşvət qalmaqalında onun haqqında deyilənlər böhtandır və ona şər atılıb.

Xatırladaq ki, ötən ay Bilal Ərdoğanın vəkili rüşvət olayları ilə bağlı müvəkkilinin ifadə verməyə hazır olduğunu, bəzi media orqanlarında müvvəkili barədə yayımlanan məlumatların hüquqi deyil, siyasi məqsəd daşıdığını bildirmişdi.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti