İranda saxlanılan tankerin heyət üzvlərinə cinayət işi açıldı

İranda saxlanılan tankerin heyət üzvlərinə cinayət işi açıldı
  06 Yanvar 2021    Oxunub:1518
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində Cənubi Koreyaya məxsus tankeri saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Cubeyl limanından Fars körfəzinə çıxan gəmi SEPAH tərəfindən ələ keçirilib. "Hankuk Çeymi" adlı tankerin 7200 ton kimyəvi neft məhsulları daşıdığı məlum olub.

Tankerin ekipaj üzvləri Cənubi Koreya, Vyetnam, İndoneziya və Myanma vətəndaşlarıdır.

Tanker Bəndər-Abbas limanına gətirilib, heyət üzvlərinə qarşı cinayət işi açılıb. Saxlanılan şəxslər İranın məhkəmə orqanlarına təhvil veriləcək.

Cənubi Koreyaya məxsus tankerin ətraf mühit qaydalarına riayət etmədiyi üçün saxlanıldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran   Tanket  



Xəbər lenti