Buş Baydenin andiçmə mərasimində iştirak edəcək

Buş Baydenin andiçmə mərasimində iştirak edəcək
  06 Yanvar 2021    Oxunub:1326
ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş yeni seçilmiş Prezident Cozef Baydenin andiçmə mərasimində iştirak etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter”də keçmiş dövlət başçısının nümayəndəsi Freddi Ford bildirib.

Onun sözlərinə görə, Buş Baydenin andiçmə mərasiminə həyat yoldaşı ilə birlikdə qatılmaq istəyir.

“Associated Press” isə Ağ Evin digər keçmiş rəhbəri Cimmi Karterin rəsmi tədbirə qatılmayacağı barədə məlumat yayıb. Karter cütlüyü Bayden və vitse-prezident Kamala Harrisə ən xoş arzularını ifadə ediblər.

Agentlik qeyd edib ki, 96 yaşında olan keçmiş prezident Karter və 93 yaşlı həyat yoldaşı Rozalin koronavirus pandemiyası başlayandan bəri Gürcüstandakı mülklərində qalırlar.

Xatırladaq ki, ötən il noyabrın 3-də demokrat Bayden 270-dən çox seçici səsi alaraq, seçkilərdə qələbəsini təmin edib. Onun inauqurasiya mərasimi 20 yanvarda baş tutacaq. 6 yanvar tarixində ABŞ Konqresi prezident seçkilərində səsvermənin nəticələrini təsdiqləməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Buş   Bayden   ABŞ  



Xəbər lenti