İsraildə iki həftəlik sərt karantin tətbiq edilir

İsraildə iki həftəlik sərt karantin tətbiq edilir
  06 Yanvar 2021    Oxunub:1154
İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə iki həftəlik sərt karantin rejiminin tətbiq edildiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

İsrail hökuməti bu təşəbbüsü yeni koronavirus infeksiyası hallarının artması fonunda təsdiqləyib. Sərt karantin tədbirləri 7 yanvar tarixindən qüvvəyə minəcək.

Netanyahu, həmçinin pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun Britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın mərhələsindəyik”.

Xatırladaq ki, İsrail hökuməti 5 yanvarda daha sərt məhdudlaşdırıcı tədbirləri qəbul edib. Beləliklə, cümə axşamı günündən ölkədə məktəblər və bəzi müəssisələr bağlanacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  



Xəbər lenti