Rusiyada qızıl mədəni uçub, fəhlələr dağıntılar altında qalıb

 Rusiyada qızıl mədəni uçub,  fəhlələr dağıntılar altında qalıb
  06 Yanvar 2021    Oxunub:1284
Rusiyanın Kamçatka diyarındakı qızıl yatağında şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.
Azvision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının hökumət başçısının müavini vəzifəsini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.

İlkin məlumata görə, dağıntılar altında qalan 5 nəfərdən 3-ü mədəndən özü çıxa bilib, 2 fəhlənin taleyi məlum deyil.

“İndi hərbi hissənin altı mütəxəssisi fəhlələrin axtarışı ilə məşğuldur. Onlarla heç bir əlaqə yoxdur, vaxtında mədəndən çıxmağı bacarmayan iki işçinin taleyi barədə məlumat yoxdur",- deyə Zaboliçenko əlavə edib.

O qeyd edib ki, təcili yardım qüvvələri xəsarət alanlara kömək göstərmək üçün hazır vəziyyətdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kamçatka   Mədən  





Xəbər lenti