Tramp Pensin seçki nəticələrini dəyişdirəcəyinə inanır

Tramp Pensin seçki nəticələrini dəyişdirəcəyinə inanır
  06 Yanvar 2021    Oxunub:921
ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinin vitse-prezident Mayk Pensin seçkilərin nəticələrini dəyişdirə bilməyəcəyinə dair məqaləsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, qəzetin iddiasına görə, M.Pens 5 yanvarda Trampa nahar edərkən seçkinin nəticələrinə təsir göstərmək səlahiyyətinə sahib olmadığını deyib.

Ağ Evin rəhbəri qəzetin məlumatını "saxta xəbər" adlandırıb, Pensin belə fikir səsləndirmədiyini vurğulayıb.

Bundan əlavə, Tramp vitse-prezidentin seçki nəticələrinin qəbul edilməsinə təsir göstərə biləcəyinə yenidən əminliyini ifadə edib. Onun sözlərinə görə, Pens belə səlahiyyətlərə malikdir və hər ikisi vitse-prezidentin bu istiqamətdə hərəkət etmək səlahiyyətinə malik olmasında həmrəydirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti