Ermənistanda virusdan ölənlərin sayı 2890-a çatdı

Ermənistanda virusdan ölənlərin sayı 2890-a çatdı
  06 Yanvar 2021    Oxunub:1388
Ermənistanda son sutka ərzində daha 309 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 160 853 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2890-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 692 nəfərdir. Hazırda ölkədə 11 695 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti