Peyvənd vurduran konqresmen koronavirusa yoluxdu

Peyvənd vurduran konqresmen koronavirusa yoluxdu
  06 Yanvar 2021    Oxunub:1657
Ötən ilin dekabr ayında koronavirus əleyhinə Pfizer peyvəndinin ilk dozasını vurduran ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Kevin Breyd COVID-19 infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə konqresmen "Twitter” hesabında yazıb.

"Bu gün Nümayəndələr Palatasının həkimi mənə koronavirus testinin müsbət olduğunu bildiridi. Tövsiyə olunduğu kimi, dekabrın 18-də Pfizer peyvəndinin ilk dozasını aldım və Yeni il günü COVID testim mənfi çıxdı".

Kevin Breyd sabah müalicəyə başlayacağını qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pfizer   Koronavirus  





Xəbər lenti