Rusiyada pandemiya qurbanlarının sayı 60 minə çatır

Rusiyada pandemiya qurbanlarının sayı 60 minə çatır
  06 Yanvar 2021    Oxunub:1054
Rusiyada son sutka ərzində koronavirusa 24 217 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 308 601 nəfərə çatıb.

Rusiyada bir gündə 445 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 59 951 nəfərdir. İndiyədək 2 685 723 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Rusiya  





Xəbər lenti