Paşinyan özünü təcrid edib

 Paşinyan özünü təcrid edib
  06 Yanvar 2021    Oxunub:1414
Ermənistanın baş naziri Nikol Paşinyan özünü təcrid edib.
Azvision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Mane Qevorkiyan bildirib.

Qevorkiyan baş nazirin İrəvanın Müqəddəs Qriqori kilsəsindəki mərasimdə iştirak etməməsini bununla əlaqələndirib.

"Epidemik vəziyyətə görə baş nazir özünü təcrid edib”, - deyə mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ermənilər Paşinyanın mərasimdə iştirakının qarşısını alacaqlarını bəyan etmişdilər. Onun mərasimdə iştirak etməməsinə səbəb kimi məhz vətəndaşların etirazları göstərilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti