Lukaşenko: “Putini dostum hesab edirəm”

  Lukaşenko:  “Putini dostum hesab edirəm”
  06 Yanvar 2021    Oxunub:1204
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini dostu adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Lukaşenko Rusiya mətbuatına müsahibəsində deyib.

“Bəli, mən onu (Putin - red.) dostum hesab edirəm”.

Lukaşenko Ukrayna lideri Vladimir Zelenskiyə qarşı eyni hisslərinin olmadığını, bununla belə ona kin bəsləmədiyini qeyd edib.

Bundan əlavə, Belarus Prezidenti Minskin Vaşinqtonla münasibətlər qurmağa hazırlaşdığını söyləyib: "Amerika Birləşmiş Ştatları ilə münasibət qurmaq istəyirik və quracağıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrLukaşenko  





Xəbər lenti