Trampın tərəfdarları ilə polis arasında qarşıdurma

Trampın tərəfdarları ilə polis arasında qarşıdurma
  06 Yanvar 2021    Oxunub:1261
Vaşinqtonda nümayiş zamanı ABŞ Prezidenti Donald Trampın tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Bu gün Konqresdə Cozef Baydenin prezident seçkilərində qələbəsinin təsdiqlənməsi gözlənilir. Bu səbəbdən Trampın bir neçə yüz tərəfdarı Baydenin kiçik fərqlə qalib gəldiyi mübahisəli əyalətlərdən seçici səslərinin sayılmamasını tələb edir.

Trampı dəstəkləyən nümayişçilərlə polis arasında toqquşmalar axşam saatlarında başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib.

Məlumata görə, azı 6 nəfər silah-sursat saxlama və polisə hücum da daxil olmaqla müxtəlif ittihamlarla nəzarətə götürülüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti