İranda koronavirusdan daha 82 nəfər ölüb

İranda koronavirusdan daha 82 nəfər ölüb
  06 Yanvar 2021    Oxunub:1702
İranda ötən sutka ərzində daha 6283 nəfər koronavirusa (COVID-19) yoluxub, 82 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla İranda virusa yoluxanların sayı 1 261 903, ölənlərin sayı isə 55 830 nəfərə çatıb.

Hazırda infeksiya daşıyıcılarından 4780-nin vəziyyəti ağırdır. İndiyədək 1 040 521 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   İran  



Xəbər lenti