London məhkəməsi Assanjı azadlığa buraxmadı

London məhkəməsi Assanjı azadlığa buraxmadı
  06 Yanvar 2021    Oxunub:1459
London məhkəməsi Wikileaksin qurucusu Сulian Assanjı girov müqabilində sərbəst buraxmaqdan imtina edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Assanj ABŞ-ın onun ekstradisiyasına dair apellyasiya müraciətinə baxılanadək həbsdə qalacaq.

2010-cu ildə İsveçdə cinsi təcavüzdə günahlandırılan Assanj ekstradisiyadan qorxaraq bir neçə il Londondakı Ekvador səfirliyində gizlənib. 11 aprel 2019-cu ildə onu ABŞ-ın sorğusu əsasında həbs ediblər.

O vaxtdan bəri Assanj ciddi rejimli həbsxanada saxlanılır. Onun ekstradisiyasına dair məhkəmə 2 may 2019-cu ildə başlayıb. Bundan qısa müddət sonra ABŞ Assanja qarşı yeni ittihamlar irəli sürüb.

ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə onu 175 ilə qədər həbs cəzası gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: СulianAssanj  





Xəbər lenti