Armen Qriqoryanın anası hücuma məruz qaldı

Armen Qriqoryanın anası hücuma məruz qaldı
  07 Yanvar 2021    Oxunub:1574
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın anasına hücum edilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İkinci Qarabağ Müharibəsində öldürülmüş erməni əsgərlərdən birinin anası Armen Qriqoryanın valideyninin üzərinə qaynar su töküb.

“Armen Qriqoryanın anası Qarabağda, Xocavənd rayonunda yaşayır. Müharibədə ölmüş əsgərin anası Qriqoryanın anasının küçədən keçdiyini görüb, ona yaxınlaşaraq üstünə qaynar su töküb”.

Qeyd edilib ki, yoldan keçənlər hadisəyə biganə yanaşıblar. Armen Qriqoryanın anasını İrəvana aparacağı bildirilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Armen-Qriqoryan   Əsgər-anası   Hücum  





Xəbər lenti