Aİ Venesuela parlamentinin yeni tərkibini tanımadı

Aİ Venesuela parlamentinin yeni tərkibini tanımadı
  06 Yanvar 2021    Oxunub:1449
Avropa İttifaqı Venesuela parlamentinin yeni tərkibini tanımır və müxalifət lideri Xuan Quaydonu dəstəkləməyə davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.

Onun sözlərinə görə, Aİ üçün Quaydo 2015-ci ildə demokratik yolla seçilmiş yeganə namizəddir. Aİ ölkələri arasında Venesuela ilə münasibətlərə dair müzakirə davam edir.

"Avropa İttifaqı Venesuela parlamentinin yeni tərkibini tanımır və biz Venesuelanın qanuni olaraq seçilmiş yeganə nümayəndəsi Xuan Quaydonu dəstəkləməyə davam edəcəyik", - o bildirib.

Qeyd edək ki, 6 dekabrda Venesuelada 277 millət vəkilinin seçildiyi parlament seçkiləri keçirilib. Qələbəni hökumətyönümlü siyasi qüvvə qazanıb.

Müxaliflərin əhəmiyyətli bir hissəsi səsvermədə iştirak etməkdən və nəticələrini tanımaqdan imtina edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Venesuela  





Xəbər lenti