“27 milyona aldığımız “OSA”lar Azərbaycan PUA-larına uduzdu” - Erməni ekspert

 “27 milyona aldığımız “OSA”lar Azərbaycan PUA-larına uduzdu” -  Erməni ekspert
  06 Yanvar 2021    Oxunub:1799
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən yüksək rütbəli erməni zabitlərdən biri mayor Leon Avetisyan olub.
Azvision.az xəbər verir ki, erməni mayorun anasının bu günlərdə oğlu haqda yazdığı qeydlər sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Erməni ekspert Aram Gevorqyan həmin fikirləri paylaşaraq deyib: “Leon oktyabrın 13-də PUA zərbəsi nəticəsində öldürülüb. Onunla bərabər zərbədən 7 hərbi qulluqçu da ölüb. Çox-çox üzr istəyirəm, mən heç kimin dərdini siyasiləşdirmirəm, amma bu belə olmamalı idi. Leon Avetisyan müharibədən 5 gün əvvəl evlənmişdi”.


(Fotodakı şəxs Qarabağda məhv edilən erməni mayor Leon Avetisyan və həyat yoldaşıdır)

Gevorqyan daha sonra qeyd edib: "Uşaqlar PUA-larla öldürülürdülər, amma Araik Arutyunyan deyirdi ki, Azərbaycan PUA-ları Qarabağ səmasında uça bilmir. Ona görə ki, səma guya etibarlı şəkildə mühafizə olunur".

Erməni ekspert Paşinyanın 27 milyon dollara aldığı “OSA” zenit-raket komplekslərinin Azərbaycan PUA-larına məğlub olduğunu xatırladaraq qeyd edib ki, bu texnikalar da düşmənə hədiyyə qalıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: PUA   Mayor   Arutyunyan  





Xəbər lenti