“Şərq Tərəfdaşlığı” ölkələrinə vaksin sadələşdirilmiş qaydada verilə bilər

“Şərq Tərəfdaşlığı” ölkələrinə vaksin sadələşdirilmiş qaydada verilə bilər
  06 Yanvar 2021    Oxunub:1658
Avropa İttifaqına (Aİ) üzv 13 ölkənin xarici işlər nazirləri “Şərq Tərəfdaşlığı” dövlətlərinin koronavirus vaksinlərini əldə edə bilmələrinə dəstək verməyə çağırıb.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə XİN rəhbərlərinin Avropa Komissiyasına ünvanladıqları məktubda deyilir.

Qeyd edilib ki, Aİ 2021-ci ilin yazına nəzərdə tutulmuş “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Qərbdə istehsal edilmiş peyvəndin sadələşdirilmiş qaydada tədarükü üçün mexanizm hazırlamalıdır.

“Əminik ki, Aİ-nin bu addımı “Şərq tərəfdaşlığı” ölkələrinin hökumətləri və vətəndaş cəmiyyətləri tərəfindən yüksək dəyərləndiriləcək, nəticədə Aİ-nin dünyada geosiyasi rolu daha da yüksələcək”.

Məktubu Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və İsveç XİN başçıları imzalayıb.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildən həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: vaksin  



Xəbər lenti