550 min avroluq şərab oğurluğu - Polis onları axtarır

550 min avroluq şərab oğurluğu -  Polis onları axtarır
  07 Yanvar 2021    Oxunub:2275
Naməlum şəxslər Fransanın şərqindəki Sona və Laura departamentində təxminən 350 min avro dəyərində yüzlərlə şüşə şərab oğurlayıblar.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, oğurluq hadisəsi səhər saatlarında baş verib və hazırda polis cinayətkarları axtarır.

"Bir neçə nəfər zirzəminin qapısını sındıraraq yüzlərlə şüşə şərab aparıb. Həyacan siqnalı ilə oyanan zirzəminin sahibi avtomobilə yetişməyə çalışıb və polisə məlumat verib.

Təqib zamanı onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şərab şüşələri atıblar. Daha sonra onlar avtomobili Bron şəhəri yaxınlığında qənimətlə birlikdə tərk edərək qaçıblar. Ən azı üç nəfər axtarışdadır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Fransada bir neçə gün əvvəl də naməlum şəxslər 200 min avro dəyərində şərab oğurlayıb. Oğurluq hadisələrinin eyni şəxslər tərəfindən törədilib-törədilmədiyi məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Oğurluq   Şərab  





Xəbər lenti