Britaniyada virusdan ölənlərin sayı kəskin artdı

Britaniyada virusdan ölənlərin sayı kəskin artdı
  07 Yanvar 2021    Oxunub:1370
Böyük Britaniyada son sutka ərzində 62 322 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 2 836 801 nəfərə çatıb. Ötən 24 saatda daha 1041 pasiyent dünyasını dəyişib. Bu, apreldən bəri qeydə alınan ən yüksək göstəricidir.

Britaniyada pandemiya qurbanlarının sayı isə 77 346-ya yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti