Vaşinqtonda etirazlar: Trampın tərəfdarları Konqresə girdi - VİDEO

    Vaşinqtonda etirazlar:   Trampın tərəfdarları Konqresə girdi -  VİDEO
  07 Yanvar 2021    Oxunub:6080
ABŞ-ın paytaxtı Vaşinqtonda etirazlar davam edir. Ölkənin hazırkı prezidenti Donald Trampın tərəfdarları Konqres binasının ətrafında toplaşıblar.
Azvision.az xəbər verir ki, daha sonra nümayişçilər polis barrikadalarını aşaraq Konqres binasına daxil olublar. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nəticədə polis əməkdaşları ilə Trampın tərəfdarları arasında qarşıdurma yaşanıb. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.



Hazırda Konqresin binası polislər tərəfindən əhatəyə alınıb. ABŞ Senatı etirazlar səbəbindən iclasını yarımçıq dayandırıb. Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar. Senatorlar binadan təxliyə edilib.

Prezident Donald Tramp sosial şəbəkə hesabında öz tərəfdarlarına müraciət edib, onları ictimai asayişi pozmamağa, dinc hərəkət etməyə çağırıb.



Digər məlumata görə, Vaşinqton meri kütləvi etirazlarla əlaqədar şəhərdə komendant saatı elan edib. Həmçinin mer Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini köməyə çağırıb.

Qeyd edək ki, Trampın on minlərlə tərəfdarı Cozef Baydenin qalib gəldiyi seçkinin nəticələrinə etiraz edirlər. Bu gün Konqresdə Baydenin prezident seçkilərində qələbəsinin təsdiqlənməsi gözlənilirdi.









Azvision.az


Teqlər: ABŞ   Vaşinqton   Konqres  





Xəbər lenti