Konqresdəki atışmada yaralanan qadın ölüb - YENİLƏNİB

Konqresdəki atışmada yaralanan qadın ölüb -  YENİLƏNİB
  07 Yanvar 2021    Oxunub:3520
Kapitoli binasında güllə yarası alan qadın ölüb.
Azvision.az xəbər verir ki, Vaşinqtonun meri Muriel Bauzer və Kolumbia dairəsi polisinin rəhbəri Robert Konti xəsarət alan qadının öldüyünü təsdiqləyiblər.

Məlumata görə, ölən qadının adı Eşli Bebbitdir. O, San-Diyeqoda (Kaliforniya ştatı) yaşayırdı. Bebbit təxminən 14 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib.



***
ABŞ Konqresinin binasında silahlı insident baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, inzibati binaya daxil olan etirazçılardan biri odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Məlumata görə, sinəsindən yaralanan şəxs qadındır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda paytaxt Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın minlərlə tərəfdarının iştirakı ilə etiraz aksiyaları davam edir. Etirazlarla əlaqədar Nümayəndələr Palatasının iclası yarımçıq dayandırılıb. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Konqres üzvləri binadan təxliyyə ediliblər.

Azvision.az


Teqlər: ABŞ   Vaşinqton  





Xəbər lenti