Vaşinqtonda komendant saatı tətbiq edilir

   Vaşinqtonda komendant saatı tətbiq edilir
  07 Yanvar 2021    Oxunub:1549
ABŞ-ın paytaxtı Vaşinqtonda şəhərin mərkəzində keçirilən kütləvi etiraz aksiyaları və iğtişaşlarla əlaqədar komendant saatı tətbiq edilir.
Azvision.az xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer bildirib.

Onun sözlərinə görə, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma yaşanıb.

Azvision.az


Teqlər: ABŞ   Vaşinqton  





Xəbər lenti