Milli Qvardiyanın hərbçiləri Konqresə göndərildi

 Milli Qvardiyanın hərbçiləri Konqresə göndərildi
  07 Yanvar 2021    Oxunub:2148
ABŞ-ın Virciniya ştatının qubernatoru Ralf Nortem paytaxt Vaşinqtona iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyanın hərbçilərini göndərib.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bundan əlavə, prezident Donald Trampın Milli Qvardiyanın hərbi qulluqçularını Konqresə göndərmək barədə göstəriş verdiyi bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın minlərlə tərəfdarı seçkilərin nəticələrinə etiraz edərək Konqres binasına daxil olublar. Konqresdə atışma baş verib. İnzibati binaya daxil olan etirazçılardan biri odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Azvision.az


Teqlər: Konqres   Tramp  





Xəbər lenti