Sosial şəbəkələr Trampın hesablarını dondurdu

Sosial şəbəkələr Trampın hesablarını dondurdu
  07 Yanvar 2021    Oxunub:1113
"Facebook", "Twitter" və "Instagram" sosial şəbəkələri ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesablarını dondurub.
Azvision.az xəbər verir ki, bu barədə "İnstağram"ın rəhbəri Adam Mosseri və "Facebook"un mətbuat xidməti məlumat yayıb.

“Biz Prezident Trampın səhifəsinin 24 saat bloklanması ilə nəticələnəcək iki siyasi pozuntunu qiymətləndirdik”, - deyə "Facebook"un məlumatında bildirilib.

Adam Mosseri isə deyib ki, ABŞ liderinin sosial şəbəkədə bloklanması 24 saat davam edəcək: "Biz də həmçinin 24 saat ərzində "İnstagram"da prezident Trampın hesabını bloklayırıq".

Bu müddət ərzində Ağ Ev rəhbəri qeyd edilən platformalarda mesaj dərc edə bilməyəcək.

"Twitter" platforması Prezidentin hesabını 12 saatlıq dondurub.

Bu sosial şəbəkələrlə yanaşı, "Youtube" videohostinqi də Trampın etirazçılara videomüraciətini bloklayıb. Videohostinq bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əlaqələndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti