Vaşinqtonda 4 nəfər ölüb, 50-dən çox etirazçı saxlanılıb

 Vaşinqtonda 4 nəfər ölüb,  50-dən çox etirazçı saxlanılıb
  07 Yanvar 2021    Oxunub:1577
ABŞ-ın paytaxtı Vaşinqtonda etiraz aksiyaları zamanı dörd nəfər ölüb.

Azvision.az xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti bildirib. O, Konqres binasında bir qadının güllə yarasından öldüyünü təsdiqləyib.
Bundan əlavə, iğtişaşlar zamanı daha üç nəfər ölüb. Polis rəsmisi onların ölümlərinin konkret səbəblərini açıqlamayıb.

Konti, həmçinin etiraz aksiyalarında iştirak edən azı 52 nəfərin saxlanıldığını əlavə edib.

Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Vaşinqton   Etiraz   Aksiya  





Xəbər lenti