Vaşinqtonda fövqəladə vəziyyət 15 gün uzadıldı

 Vaşinqtonda fövqəladə vəziyyət 15 gün uzadıldı
  07 Yanvar 2021    Oxunub:839
Vaşinqton meri Myuriel Bouser fövqəladə vəziyyət rejiminin 15 gün (21 yanvara qədər) uzadılmasına qərar verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bouserin qərarında deyilir.

Qərar 21 yanvar saat 15: 00-a qədər qüvvədə olacaq.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma yaşanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: fövqəladəvəziyyət  





Xəbər lenti