“ABŞ-da seçkilərin nəticələrinə hörmət edilməlidir” - NATO Baş katibi

 “ABŞ-da seçkilərin nəticələrinə hörmət edilməlidir” -  NATO Baş katibi
  07 Yanvar 2021    Oxunub:1339
ABŞ-da keçirilmiş demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb.

“Vaşinqtonda baş verənlər şok edən səhnələrdir, demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir”, - deyə baş katib bildirib.

Xatırladaq ki, Kapitoli binasında ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər gözündən xəsarət alıb. Həmçinin odlu silahdan da atəş açılıb, nəticədə 4 nəfər həlak olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Vaşinqton  





Xəbər lenti